Fransa Cənubi Qafqaza fəlakət gətirəcək – Parisə qarşı daha sərt olmalıyıq – SİQNALbackend

Fransa Cənubi Qafqaza fəlakət gətirəcək – Parisə qarşı daha sərt olmalıyıq - SİQNAL

Cənubi Qafqazdakı geosiyasi hadisələr region dövlətlərini fərqli siyasət yürütməyə vadar edir. Ermənistanın illərdir qeyri-konstruktiv mövqe nümayiş etdirməsi və regionda sülhü təhdid etməsi bölgədə müharibə riskini daim saxlayır.

Üstəlik Ermənistanın Cənubi Qafqaza Fransanı soxmaq cəhdi də müşahidə olunur və Fransa regiona daxil olmaq üçün müxtəlif şantaj metodundan istifadə etməyə çalışır. İndi Fransa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə çirkin kampaniya aparmaqla ölkəmizin imicinə zərbə vurmaq və Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur.

Məsələni KONKRET.az-a şərh edən politoloq Oktay Qasımov bildirib ki, Fransanın Azərbaycanı şantaj etməkdə əsas məqsədi ölkəmizə təzyiqi artırmaqdır:

“Bununla da Azərbaycanın öz mövqelərindən geri çəkliməsinə nail olmaq və Ermənistan cəmiyyətinin könlünü alaraq Cənubi Qafqazdakı geopolitik rəqabətdə daha çox imkanlar əldə etmək niyyətindədir. Və bundan sonra Fransa Ermənistan üzərindən Cənubi Qafqazda yerləşməyi düşünür.
Burada iki məsələ var. Birincisi, Fransanın Ermənistana dəstəyi təbii ki, xristian amili ilə bağlıdır. Təxminən iki əsrə yaxındır ki, Fransa ermənilərlə maraqlanır və onları Osmanlıda və sonrakı dövrlərdə də dəstəkləyib.
19-cu əsrdə Osmanlı Türkiyəsində dövlət əleyhinə çıxan komitəçi ermənilərin əksəriyyəti Fransada təhsil alan şəxslər idi, onların Fransa ilə sıx əlaqələri vardı.
İkincisi, Fransa son illər Afrikada, eləcə də Şərqi Aralıq dənizi və yaxın Şərqdə öz nüfuzunu ciddi şəkildə itirib. Afrikadakı keçmiş müstəmləkələrinin ərazisində yerləşdirdiyi hərbi qüvvələrini çıxartdığından hazırda hansısa uğur əldə etmək istəyir. Bunu da Ermənistan üzərindən həyata keçirməyə çalışır. Bunun üçün də daha çox beynəlxalq təşkilatların, o cümlədən Avropa təchizatlarının imkanlarından yararlanmaqla öz məqsədinə nail olmaq istəyir”.

Ermənistan baş naziri Nikol Paşinyanın Bişkekdə keçiriləcək MDB dövlət başçılarının sammitindən imtina etməsinə toxunan politoloq bildirdi ki, Paşinyanın Bişkek toplantısına getməməsinin əsas səbəbi Rusiya ilə bağlıdır:

“Son bir ildə yaşanan gərgin münasibətlər, xüsusilə Ermənistan parlamentinin Roma statunu qəbul etməsi və bu addımın Rusiya prezidentinə qarşı yönəldiyi ilə bağlı iddialardır. Ermənistan rəhbəri buna görə Rusiya prezidenti ilə üz-üzə gəlməkdən qaçır və iki ölkə arasında münasibətlər də kifayət qədər gərgin şəkil alıb.
Bu baxımdan Paşinyan və onun komandası Rusiyanın iştirak etdiyi formatlardan mümkün qədər uzaq durmağa çalışır. Bununla həm Rusiyadan uzaqlaşmaq xəttini ardıcıl həyata keçirmək istəyir, eləcə də Rusiyanın bölgədə nüfuzunun azalması prosesinə töhvə verir.
Əlbəttə ki, Ermənistan bunu özbaşına etmir. Ermənistanı buna təşviq edən qüvvələr, xüsusilə Fransa İrəvana müəyyən vədlər verərək onun Rusiyadan uzaqlaşmasına çalışır. Paşinyanın da atdığı addımlar bununla əlaqədardır. Son dövrlər Paşinyan hakimiyyəti Rusiyanı Ermənistanın təhlükəsizliyi ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir”.

Vəli Həsənov,

KONKRET.az

  • Müşfiq Əhməd.
    Oktyabr 13, 2023 - 15:43

    Görəsən bizi etnik təmizləmədə ittiham edənlərə bizim nümayəndə niyə demir ki, erməniləri daşımaq üçün avtobusları Ermənistan hakimiyyəti göndərirdi. Bir də ki ermənilərdən ötrü çox şey dəyişməyib. Onsuz da Qarabağ erməniləri əmək haqqlarını Ermənistandan alırdılar.

Müşfiq Əhməd. üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*