Fransa ordusu bu ölkəyə doğru hərəkətə keçdibackend

Fransa ordusu bu ölkəyə doğru hərəkətə keçdi

Fransadan hərbi texnikanın olduğu karvan Bosniya və Herseqovinaya doğru hərəkətə keçib. Ağır hərbi texnika ilə müşayiət olunan ordu neytral İsveçrə ərazisindən istifadə etməli olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu texnika təchizatı Avropanın motoatıcı batalyonlarının fəaliyyət göstərdiyi Bosniya və Herseqovinada Aİ-nin EUFOR hərbi missiyası çərçivəsində həyata keçirilir. Fransa 2024-cü ilin birinci yarısında bu bölmələrin tədarükünə cavabdehdir. Fransa ordusunun hərbi texnikası olan dəmir yolu karvanı İsveçrənin sülhməramlı missiyada iştirakı çərçivəsində tranzit olduğu üçün xüsusi icazəyə ehtiyac olmayıb.

Paris Berndən yalnız 70-ə yaxın avtomobilin, o cümlədən yüngül zirehli maşınların tranzitini tələb edib.

EUFOR-un Bosniya və Herseqovinadakı hərbi missiyası 1992-1995-ci illər münaqişəsindən sonra ölkədə sabitliyi təmin etmək məqsədi daşıyır. 2004-cü ildə EUFOR ölkədə NATO-nun sülhməramlı qoşunlarını əvəz edib.

Qeyd edək ki, Bosniya və Herseqovina 2016-cı ildə müraciət edərək Aİ-yə üzv olmaq istəyir. 2022-ci ilin dekabrında ölkə üzvlüyə namizəd olub və 2024-cü ilin əvvəlində Avropa Şurası mümkün üzvlüklə bağlı danışıqlara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*