Fransa polisi güllələdiyi şəxsin ailəsindən ÜZR İSTƏDİbackend

Fransa polisi güllələdiyi şəxsin ailəsindən ÜZR İSTƏDİ

17 yaşlı yeniyetməni güllələyən Fransa polisi mərhumun ailəsindən üzr istəyib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının vəkili Loran-Frank Lenar məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, polis saxlanılaraq nəzarətə götürülüb.

Xatırladaq ki, 17 yaşlı gənc iyunun 27-də Nanter şəhərində güllələnib. Polis əməkdaşı yeniyetmənin idarə etdiyi avtomobili saxlayıb və gənc sürücüdən nəqliyyat vasitəsini tərk etməsini istəyib. Lakin gənc bundan imtina edib və buna cavab olaraq asayiş keşikçisi onu uzaq məsafədən güllələyib.

Bundan sonra bütün ölkədə iğtişaşlar başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*