Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib.
Bıçaqla silahlanmış şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Atəş açmağa məcbur qalan polis şəxsi öldürüb.
Daxili İşlər naziri Gerald Darmanin bununla bağlı açıqlamasında yanğını böyümədən nəzarət altına alan polisə və yanğınsöndürənlərə təşəkkür edib, Rouendəki yəhudi icmasını bundan sonra da dəstəkləyəcəyini bildirib.
Burhan,
KONKRET.az
