Fransa senatı sabah “DQR”-in müstəqillik məsələsini müzakirə edəcək – Ermənilər narahatdırbackend

Fransa senatı sabah "DQR"-in müstəqillik məsələsini müzakirə edəcək - Ermənilər narahatdır

Sabah Fransa senatı “Artsax”ın müstəqillik məsələsini müzakirə edəcək. Artıq bununla bağlı Ermənistanda da müzakirələr başlayıb. “Qarabağın tanınmasına dair qətnamələr hansı gücə sahib ola bilər? Fransa hökuməti bu qətnaməyə veto qoya bilərmi?” Və sair kimi suallar neçə gündür ki, İrəvanın siyasi gündəmini zəbt edib.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Artsax”ın (Qarabağ) tanınmasına dair qərarlar Fransa hökumətinin avtomatik hərəkətlərini nəzərdə tutmur.

Fransa Milli Assambleyasının deputatı Jan-Mişel Mies (Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü) “Sputnik Armenia”ya açıqlamasında deyib ki, “Fransa prezidenti Emmanuel Makron “Hayastan” Ümumerməni Fondunun Fransa şöbəsi tərəfindən təşkil edilən illik xeyriyyə tədbiri (21 noyabr 2020) zamanı hər vaxt ermənilərin yanında olduqlarını söyləyib və bildirib ki, Fransa höküməti artıq Qarabağdakı erməni əhalisi üçün hərtərəfli yardım proqramına başlayıb. Makron “Artsax”ın tanınması məsələsinə birbaşa münasibət bildirməsə də, ermənilərə olan sevgisini dilə gətirib”.

“Sputnik Armenia” bildirir ki, Qarabağın tanınması ilə bağlı qərarlar indi Fransa parlamentinin həm yuxarı, həm də alt palatalarında (yəni həm Senatda, həm də Milli Assambleya da) təxminən eyni vaxtda nəzərdən keçiriləcək. 25 noyabrda Senatda, 3 dekabrda isə Milli Assambleyada baxılacaq.

Nəşr qeyd edir ki, qətnamə hər iki palatada qəbul olunsa belə, hökumətin ona veto qoymaq hüququ var. Bu hüquq Fransa Konstitusiyasının 34-1-ci maddəsində nəzərdə tutulub. Bu vəziyyətdə isə layihə gündəmdən çıxarılacaq. Bununla belə, Qarabağla bağlı qanunverici orqanlarda müzakirələr qaçılmazdır. Çünki baxılma tarixləri artıq müəyyənləşdirilib.

Xatırladaq ki, hər iki layihə Fransa parlamentinin müxtəlif siyasi qüvvələrinin nümayəndələri tərəfindən hazırlanıb. Layihə Milli Assambleyada respublikaçılar fraksiyasından olan deputatlar, Senatda – fərqli fraksiyaların deputatları (respublikaçılar, mərkəzçilər və digərləri) tərəfindən təqdim edilib. Qətnamə layihələrində hökumətə “Dağlıq Qarabağ Respublikası”nın əhalisi üçün təhlükəsizlik zəmanətləri verilməsini və tanınması prosesinə başlanmasını, dərhal oraya humanitar yardım göndərilməsini və avropalı tərəfdaşları ilə birlikdə Türkiyənin Avropa Birliyinə qəbulu prosesini yenidən nəzərdən keçirmək təklif edilir.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*