Yeni il gecəsi Fransada 700-dən çox avtomobili yandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.
Ümumilikdə 745 avtomobil yandırılıb, müxtəlif hadisələrdə saxlanılanların sayı 380-i ötüb. Daxili İşlər Nazirliyinin rəsmisi bu gecənin ümumilikdə ötən illə müqayisədə daha sakit keçdiyini qeyd edib. Darmanen qeyd edib ki, iğtişaşların yatırılması zamanı 40-a yaxın hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Söhbət pirotexniki vasitələrdən istifadə etməklə atılan atəş nəticəsində alınan yüngül xəsarətlərdən gedir.
“Ölkə üzrə saxlanılanların sayı 381 nəfər olub. Bu, ötən illə müqayisədə 10% azdır”, – Fransa Daxili İşlər Nazirliyinin rəhbəri CNews telekanalında yayımlanan mətbuat konfransında bildirib.
Natiq Səlim,
KONKRET.az
