Fransızlar Makronu ən pis prezident adlandırıblar – SƏBƏBbackend

Fransızlar Makronu ən pis prezident adlandırıblar - SƏBƏB

Fransa prezidenti Emmanuel Makron vətəndaşları Yeni 2024-cü il münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, o, müraciətində Rusiya haqqında sərt danışıb. Makron Fransa xalqına xatırladıb ki, gələn ilin iyununda Avropa Parlamentinə seçkilər keçiriləcək və seçicilər Avropa suverenliyinin möhkəmləndirilməsi üçün öz sözünü deməli olacaqlar.

“Onlar Rusiyanı dayandırmaq və Ukraynanı dəstəkləmək və ya avtoritar qüvvələrə təslim olmaq arasında seçim etməlidirlər”, – deyə Fransa lideri bildirib.

Prezidentin müraciəti ölkə sakinləri tərəfindən tənqidlə qarşılanıb. Le Figaro-da şərhlərdə onlar Makronu ABŞ-a daha az qulaq asmağa çağırıblar. Fransa lideri ölkə tarixinin ən pis prezidenti adlandırılıb və ona Rusiyanı təxribatla məşğul olmaqdansa, Ukraynada sülhün tərəfdarı olmağa çağırılıb.

Qeyd edək ki, bundan əvvəl Makron bildirib ki, Avropa İttifaqı hələ də Ukraynanı üzvlüyünə qəbul etməkdən uzaqdır. “Bu, ya maliyyələşmənin əhəmiyyətli dərəcədə artırılması, ya da mövcud mexanizmlərin və qaydaların dəyişdirilməsi ilə mümkün olacaq”, – Fransa rəhbəri vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*