İnternet istifadəçiləri Parisin Nanterre qəsəbəsində yeniyetməni güllələyən polis məmurunun ailəsi üçün onlayn ianə platformasında təxminən 860 min avro toplayıblar.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, “Gofundme” saytında 40 mindən çox insan ianə edib, ilkin hədəf 50 min avro olub.
Məlumata görə, hazırda toplanan məbləğ 858 min avrodur.
Eyni zamanda internet istifadəçiləri “Leetchi” saytında polis tərəfindən güllələnərək öldürülən yeniyetmənin anası üçün 155 min avro toplayıblar.
Aksiyada 8200-dən çox insan iştirak edib.
İqbal Rzayev,
KONKRET.az
