Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək – YENİLƏNİB / FOTObackend

Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək - YENİLƏNİB / FOTO

Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfər edib.

KONKRET.az xəbər verir ki, səfər çərçivəsində Oqtay noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla danışıqlar aparacaq.

Oqtay Əsədovla birlikdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasına sədrlik edəcək.

Bundan əlavə, Oqtay Türkiyə-Azərbaycan birgə biznes forumunda iştirak edəcək.

Noyabrın 5-də Fuat Oktay 2020-ci ildə erməni işğalından azad olunmuş Şuşaya yola düşəcək.

21:57

Türkiyənin vitse-prezidenti Fuad Oqtay Azərbaycana səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fuad Oqtay Tvitter hesabında yazıb.

“Türkiyə və Azərbaycan Birgə Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, – Oqtay qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*