Futbol klubunun avtobusu qəzaya uğradı – ölən və yaralananlar varbackend

Futbol klubunun avtobusu qəzaya uğradı - ölən və yaralananlar var

Syerra Leonenin “Port Osoriti” futbol klubunun avtobusu yerli çempionat matçına yollanarkən qəzaya uğrayıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Kenema şəhərində baş verib.

Qəza nəticəsində “Port Osoriti” klubunun baş məşqçisi Lamin Banqura dünyasını dəyişib. Futbolçular və digər komanda üzvlərinin ciddi şəkildə yaralandığı bildirilib.

Qeyd edək ki, qəzanın təfərrüatı ilə bağlı yerli təhqiqat orqanlarının araşdırmasından sonra ictimaiyyətə açıqlama veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*