backend

Gədəbəydə avtomobil dərəyə aşdı - Sürücü öldü

Gədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 17-də, saat 15:00 radələrində Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində rayon sakini M.Həsənov idarə etdiyi “VAZ-21061” markalı avtomobili dərəyə aşırıb və nəticədə, hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*