“Gedin, Şimali Koreyada DİNCƏLİN” – Alman politoloqlar ruslara vizaların ləğvini TƏLƏB EDİRLƏRbackend

"Gedin, Şimali Koreyada DİNCƏLİN" - Alman politoloqlar ruslara vizaların ləğvini TƏLƏB EDİRLƏR

Alman siyasətçiləri ruslar üçün vizaların ləğvinin tərəfdarıdırlar.

KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb. Nəşr yazır ki, alman siyasətçiləri Aİ səviyyəsində hərtərəfli tənzimləmə tələb edir.

Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılması ilə bağlı müzakirələr geniş vüsət alıb və bir sıra Avropa ölkələri artıq hərəkətə keçib.

“Rusiyalılar üçün məzuniyyət vizası dayandırılmalıdır. Ruslar üçün istirahət yeri Paris və Porto deyil, Pxenyan və Pekin olmalıdır”, – Bundestaqdakı “Soyuz” fraksiyasının rəhbərinin müavini Andrea Lindholts deyib.

O qeyd edib ki, söhbət Rusiya əhalisinə aydın siqnallar verməkdən gedir.

Avropa Parlamentinin deputatı Dennis Radtke “Rusların Avropada istirahət etməsi və heç nə olmamış kimi pullarını xərcləmələri dözülməzdir” deyib.

Onun sözlərinə görə, Putini dayandırmaq istəyən hər kəs indi təslim olmamalı, Rusiya vətəndaşları üçün turist vizalarına qadağa qoymalıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*