Gənc vəkilə nazirlikdə yüksək vəzifə verildi – FOTObackend

Gənc vəkilə nazirlikdə yüksək vəzifə verildi - FOTO

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyində yeni kadr təyinatı olub.

KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şulan Nağıyev Agentliyin Hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şulan Nağıyev 2024-cü ilin iyun ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü — vəkildir.

O, yeni təyinatadək “GoldenPay” ASC-də Aparıcı hüquqşünas vəzifəsində çalışıb. Daha əvvəllər isə “EKVITA” şirkətində və Dövlət Vergi Xidmətində Baş hüquqşünas vəzifəsində işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*