Gəncədə güllələnmə hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1994-cü təvəllüdlü Zülfüqar Əsgərov güllə yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.\\“Qafqazinfo”
