Gəncədə çuxurdan meyiti tapılan şəxsin kimliyi məlum oldu – YENİLƏNİBbackend

Gəncədə çuxurdan meyiti tapılan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov KONKRET.az-a bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertizaya göndərilib.

İlkin araşdırmalar zamanı onun şəhər sakini 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazinin yaxınlığında yaşaması məlum olub.//Report

00:32

Gəncədə çirkab su ilə dolu çuxurdan meyit tapılıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin meyitinin çirkab su ilə dolu çuxurdan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*