“28 May” stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti təmirə dayandırılır.
KONKRET.az xəbər verir ki, 2012-ci ildən istismarda olan “Victoria FT-935” tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın davamlılığını təmin etmək məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki işlər həyata keçirilir.
Təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün digər üç eskalator fasiləsiz xidmət göstərəcək.
Təmir işləri 10 iyul-1 avqust 2026-cı il tarixlərini əhatə edəcək.
