UEFA Avropa Liqası: “Qarabağ” 3:0 “Vestri”backend

UEFA Avropa Liqası: “Qarabağ” 3:0 “Vestri”

Renaldo Sefas 86-cı dəqiqədə hesabı 3:0 edir.

————
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyununda ilk hissə başa çatıb.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb – 2:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

———
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və İslandiyanın “Vestri” komandalarının start heyətləri açıqlanıb.

Milli.Az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov.

“Vestri”: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev

Baş məşqçi: Daniel Osafo-Badu.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*