Zelenski Azərbaycana və Türkiyəyə təşəkkür etdibackend

Zelenski Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.

KONKRET.az “Report”a istinadla xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında NATO sammitində Azərbaycan və Türkiyəyə əməkdaşlığa görə təşəkkür etdiyini xatırladaraq, bunu təkrar etmək istədiyini qeyd edib.

“Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz həqiqətən müdafiə sferasında da işləməyə başlamışıq. Gəlin, mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə dərin təşəkkür edirəm”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*