ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək vəzifəli nümayəndələri və İsrailin müdafiə naziri Yoav Qalantla danışıqlar aparmaq üçün İsrailə getdi.
KONKRET.az xəbər verir ki, Kurillanın səfəri İranın İsrailə qarşı hücumu barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir.
Məlumata görə, Kurilla İranın İsrailə mümkün hücumu halında hərəkətləri əlaqələndirmək üçün İsrailə uçub.
İsrail rəsmiləri balistik raketlər, pilotsuz təyyarələr və qanadlı raketlərdən istifadə etməklə İran ərazisindən birbaşa hücuma hazırlaşır. Belə bir ssenaridə yəhudi dövləti İrana hücumla cavab verəcək. Bu və digər müxtəlif səviyyəli görüşlərdə ABŞ və İsrail rəsmiləri İranın cavabına hazırlaşmaq üçün mühüm müzakirələr aparırlar.
Günel Mikayılova,
KONKRET.az
