General-mayor bu aparıcıya görə işdən QOVULDUbackend

General-mayor bu aparıcıya görə işdən QOVULDU

Moskva Dövlət Büynəlxalq Münasibətlər İnstitunun (MDBMİ) Beynəlxalq Jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladze işdən qovulub. Bu, teleaparıcı Ukraynaya hərbi hücuma etiraz edən və İsrailə gedən İvan Urqantı universitetdə mühazirə oxumağa dəvət etdikdən sonra baş verib.

İvan Urqant

KONKRET.az xəbər verir ki, bu barədə Kseniya Sobçakın “Diqqət, Moskva” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, mühazirənin mövzusu media məkanında şəxsi əlaqələrin qurulması olub. Hadisə internetdə məlum olanda MDBMİ-nin mətbuat xidməti görüşü sərt tənqid edib. Bundan sonra media xəbər yaydı ki, teleaparıcıya dəvət Kobaladzenin təşəbbüsü olub və universitet rəhbərliyi onun qərarından şoka düşüb. Tələbələrin dediyinə görə, müəllimdən analoji tədbirlər keçirmək tələb olunurdu, lakin Kremlpərəst hərbi jurnalistlərlə.

Bundan az sonra Kobaladze jurnalist Alena Doletskaya ilə görüşü qadağan edib. Onun işdən çıxarılması noyabrın 14-də məlum olub. Müəllim özü isə baş verənlərlə bağlı şərh verməkdən imtina edib.

“Yuri Kobaladze bizə məşhur və maraqlı insanlarla tanış edib. Onun sayəsində biz İrina Xakamada, Yakuboviç və Vanya Urqantla tanış olduq”, –  deyə Kobaladzenin tələbələri vurğulayıblar.

Kobaladzenin hərəkətlərini tənqid edən MDBMİ rəhbərliyinə Anatoli Torkunov rəhbərlik edir. O Torkunov ki, qondarma “xüsusi əməliyyat”dan bəhs edir və Ukraynasevənləri sərt şəkildə təqib edir.

Xatırladaq ki, Yuri Kobaladze Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-mayorudur. O, uzun illərdir MDBMİ-də Beynəlxalq Jurnalistika fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*