Dövlət Gömrük Komitəsi (DGK) məhkəməyə verilib.
KONKRET.az-ın məlumatına görə, Elmar Mirzəyev general-leytinant Şahin Bağırovdan yenidən gömrük komitəsindəki işinə bərpa olumasını tələb edir.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elmar Mirzəyevin Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin sabiq rəisi, general-mayor Kənan Məmmədovun yaxın adamı olduğu deyilir. Kənan Məmmədov ötən ilin sentyabr ayında vəzifəsindən çıxarılıb.//Valyuta.az
