Gicitkən sehri: Bu bitkinin mistik xüsusiyyətlərə malik olduğunu bilirdinizmi?backend

Gicitkən sehri: Bu bitkinin mistik xüsusiyyətlərə malik olduğunu bilirdinizmi?

Slavyan xalqlarının təqvimində gicitkən sehri kimi bir gün qeyd olunur: 11 iyul.

KONKRET.az xəbər verir ki, qədim xalqlar gicitkənin min bir dərdin dərmanı kimi onun müalicəvi xüsusiyyətlərini çox yaxşı mənimsəmişdilər.

Bu bitkinin təkcə müalicəvi deyil, həm də sehrli xüsusiyyətlərinə hələ də inananlar var. Qədim slavyan əfsanələrinə görə, gicitkən aclığı aradan qaldırır, qızlara gözəllik bəxş edir və insanları pis ruhlardan qoruyur.

Qədim zamanlarda gicitkəndən ev süpürgələri düzəldirmişlər. Çünki döşəməni onunla süpürmək evi hər pis şeydən təmizləmək demək idi. Bu süpürgələri taxıl anbarlarında, tövlələrdə və digər tikililərdə də asırdılar ki, əkinləri və mal-qaranı şər ruhlardan qorusunlar.

Rus hamamlarında gicitkən süpürgələrindən indi də istifadə edilir. Gicitkənlə sadəcə olaraq bir-birlərini çırpmırlar, eləcə də bəd nəzərdən qorunmaq üçün bu bitki ilə bağlı adi ayinlər həyata keçirirdilər. Gicitkən insan sağlamlığın yaxşılaşmasına kömək edir.

Axşam qurudulmuş gicitkənlərdən tonqallar yandırılır, mahnılar oxunur, dairəvi rəqslər ifa olunurdu. Əcdadların inancına görə, bu ritual evləri və insanları pis ruhlardan təmizləyir.

Gicitkən sehri ilə əlaqəli bir çox əlamət və inanc var. Məsələn, bu gün yastığınızın altına yığılmış gicitkən qoysanız, peyğəmbərlik yuxusu görə bilərsiniz. İyulun 11-də toplanan gicitkənlərin xüsusi sehrli gücə malik olduğuna və bütün il boyu müxtəlif sehr və mərasimlərdə istifadə oluna biləcəyinə də inanılırdı.

Bu gün gicitkən sehri qədim zamanlarda olduğu kimi geniş qeyd olunmur. Lakin buna baxmayaraq, hələ də bir çoxları gicitkən yığır, dərman və profilaktik məqsədlər üçün bu bitkidən məharətlə istifadə edir.

Hazırladı: Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*