Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Xanqərvənd yolunda baş verib.
Avtomobil qəzası nəticəsində təxminən 38-40 yaşlı Babayev Əli Söhbət oğlu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Daha iki nəfər yaralı halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
