Goranboyda iki avtomobil toqquşdubackend

Goranboyda iki avtomobil toqquşdu

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan iki “VAZ-2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xəsarət alanların 2001-ci il təvəllüdlü İ. Namazov, 1962-ci il təvəllüdlü S. Məmmədov və daha bir nəfər olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*