Gözlədiyimiz Mərmərə zəlzələsi 10 dəfə güclü olacaqbackend

Gözlədiyimiz Mərmərə zəlzələsi 10 dəfə güclü olacaq

Gözlədiyimiz Mərmərə zəlzələsi bu deyil, sadəcə, vaxtını bir az uzatdı.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu İstanbul Texniki Universitetinin professoru Ziyadin Çakır ötən gün İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı danışarkən deyib.

“Şimali Anadolu fayında baş verən bu zəlzələ gözlənilən Mərmərə zəlzələsinin vaxtını bir az ertələdi. Dünən baş verən zəif zəlzələ idi, biz Mərmərədə ötəngünkündən 10 qat güclü olan 7 bal ətrafında zəlzələ gözləyirik. Bəlkə də dünənki zəlzələ ilə enerjinin onda biri boşalmış ola bilər. Amma risk artıb və tədbir görmək vaxtı məhdudlaşıb. Köhnə tikililərdən uzaq durmaq lazımdır. AFAD xəbərdarlıqlarına diqqət yetirilməlidir. Zəlzələnin nə vaxt olacağını bilmirik, insanlar tədbir görərək həyatlarına davam etməlidirlər”, – Z.Çakır bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*