Gübrə bahalaşır: Bazarlarda bahalaşma olacaq?backend

Gübrə bahalaşır: Bazarlarda bahalaşma olacaq?

Gübrə qiymətlərində son dövrlər müşahidə olunan yüksəliş kənd təsərrüfatı sektorunda narahatlığı artırır. Xüsusilə, yaz mövsümünün səpin dövrünə təsadüf etməsi bu məsələni daha da актуallaşdırır. Fermerlər üçün əsas istehsal vasitələrindən biri olan gübrənin bahalaşması məhsulun maya dəyərinə birbaşa təsir göstərir.

Bəs bu proses yaxın aylarda bazarlarda qiymət artımına səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasının əsas səbəblərindən biri məhz gübrələrin qiymətidir.

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

“Aqrar istehsal prosesi şumlama, səpin, toxum bazasının formalaşdırılması və kultivasiya mərhələlərindən ibarətdir və bu zəncirdə gübrə təminatı mühüm yer tutur. Gübrə məhsuldarlığın artırılmasında əsas amillərdən biridir. Əgər gübrələrin qiyməti yüksəlirsə, bu birbaşa olaraq məhsulun maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə bazarda kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma müşahidə olunur.

Son dövrlərdə Yaxın Şərq regionunda baş verən hərbi qarşıdurmalar logistik zəncirlərə mənfi təsir göstərib. Bu isə gübrə və digər aqrar vasitələrin təchizatında problemlər yaradaraq qiymət artımını daha da sürətləndirib”.

R.Abbasbəylinin sözlərinə görə, proses bu şəkildə davam edərsə, bir sıra ölkələrdə kənd təsərrüfatında geriləmə qaçılmaz olacaq ki, bu da qlobal ərzaq qiymətlərinin artmasına səbəb olacaq:

“Hazırda yaz mövsümü səpin dövrüdür və bu mərhələdə gübrə, həmçinin zərərvericilərə qarşı istifadə olunan vasitələrin bahalaşması gələcəkdə tədarük olunan məhsulların qiymətinə təsir edəcək. Bu təsir xüsusilə payız aylarında daha qabarıq şəkildə hiss olunacaq”.

Ekspert vurğulayıb ki, Azərbaycanda aqrar sektorun demək olar bütün sahələrində – çayçılıqdan meyvəçiliyə, tütünçülükdən dənli bitkilərin istehsalına qədər gübrədən geniş istifadə olunur. Bu səbəbdən də qiymət artımı ümumi bazara təsirsiz ötüşmür:

“Gübrə əsas təminat vasitəsidir. Onun çatışmazlığı məhsuldarlığın azalmasına, bahalaşması isə maya dəyərinin yüksəlməsinə səbəb olur. Bu da son nəticədə istehlak bazarında qiymət artımı kimi özünü göstərir”.

İqtisadçı hesab edir ki, regionda gərginlik davam edərsə, payız aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarında ciddi bahalaşmanın şahidi ola bilərik.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*