“Gündə 20 fincan çay, həftədə bir və ya iki dəfə qidalanma…” – Zənginlərin qəribə yemək vərdişləri….backend

"Gündə 20 fincan çay, həftədə bir və ya iki dəfə qidalanma..." - Zənginlərin qəribə yemək vərdişləri....

Milyarderlərin bahalı şəxsi aşpazları və ya yüksək keyfiyyətli sağlam qidaları rahatlıqla əldə edə bilməsi onların sağlam yeməyə üstünlük verməsi demək deyil.

KONKRET.az xəbər verir ki, bəziləri paleo pəhriz və veqanizm kimi ən son sağlamlıq tendensiyalarını sınaqdan keçirsə də, səhər yeməyində şokolad yeməyi sevən və ya günlərlə yeməkdən imtina edən milyarderlər də az deyil.

“Virgin Group”un qurucusu Riçard Branson gündə 20 fincan çay içir. Bir dəfə o, müsahibələrinin birində demişdi:  “Çay olmadan sağ qala biləcəyimə əmin deyiləm”. Branson günə meyvə salatı və qranola ilə başlayır. Bəzən milyarder siyənək balığına bənzər hisə verilmiş balıq yeyir.

ричард.jpg (32 KB)

Amazon-un həmtəsisçisi Jeff Bezos sağlam səhər yeməyini xoşladığını söyləyir. Nişanlısı Lauren Sanchez, Bezos üçün hər bazar səhəri pancake hazırladığını açıqlayıb. “Bazar günü pancake yemədiyi zaman səhər yeməyi seçimləri eksantrik ola bilər”, – deyə o, Bezos haqda deyib.

безос-2.jpg (21 KB)

“Microsoft”un yaradıcısı Bill Qeyts Diet Cola-nı o qədər sevir ki, gündə üç-dörd qutu içir.

Dünyada ən çox Michelin ulduzu olan aşpaz Michelin Cruz deyib ki, bu ilin əvvəlində Qeyts bir dəfə bütün restoranı iki gün rezervasiya edib və yalnız Diet Cola sifariş verib.

Qeytsin yemək vərdişləri digər milyarderlərdən çox da yaxşı deyil. Səhər yeməyində kakao pufları yeyir. Görünür çizburgerləri də sevir. 2016-cı ildə Geyts sevimli sendviçi haqqında suala “Çizburger, çizburger, çizburger” – cavabını verib.

гейтс.jpg (35 KB)

Stiv Cobs özünəməxsus yemək vərdişləri ilə tanınırdı. Apple həmtəsisçisi bəzən həftələr ərzində yalnız bir və ya iki yemək yeyərdi.

Bir vaxtlar onun pəhrizi yalnız yerkökü və almadan ibarət idi. 2003-cü ildə Cobsa mədəaltı vəzi xərçəngi diaqnozu qoyulanda o, çoxlu meyvə şirələri və yerkökü içərək pəhriz yolu ilə sağalmağa çalışıb. Beş il sonra o, mədəaltı vəzinin bir hissəsini çıxardıqdan sonra pəhrizinə balıq və digər zülalları yenidən daxil edib. Lakin 2011-ci ildə dünyasını dəyişdiyi ərəfələrdə Apple həmtəsisçisi yalnız maye qəbul edib.

стив.jpg (53 KB)

SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask da sağlam qidalanmır. O, müsahibələrinin birində deyirdi: “Əgər yemək yeməməyin bir yolu olsaydı, daha çox işləyərdim və heç nə yeməzdim”.

маск.jpg (30 KB)

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*