İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir – Qumda yaşanan olaylar zənciribackend

İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri

Son 10 gün ərzində İranın Qum şəhərində təhsil alan iki azərbaycanlı ruhani tələbə vəfat edib.

KONKRET.az TodayPress TV-yə istinadən xəbər verir ki, iyunun 2-si Hacı Ramiz Mürüvvətov, ardınca isə iyunun 12-si Kərbəlayi İlqarın ölüm xəbəri yayılıb. Bu ardıcıl ölüm hadisələri bəzi sualları yenidən gündəmə gətirir.
Qum uzun illərdir regionun ən böyük dini təhsil mərkəzlərindən biri hesab olunur. Burada təhsil alan azərbaycanlı tələbələrin sayı da az deyil.

Qumda təhsil alan şəxslərin sonradan hansı ideoloji və siyasi mühitin təsiri altında formalaşması məsələsi zaman-zaman müzakirə mövzusu olub. Azərbaycanda dini təhsil müəssisələri fəaliyyət göstərdiyi halda bəzi gənclər niyə məhz xarici dini mərkəzlərə üz tutur? Və sonradan fərqli dini-siyasi baxışlarla ölkəyə qayıdır.

Söhbət təkcə iki insanın ölümündən deyil, həm də illərdir davam edən bir prosesdən gedir.

Bu hadisələr fonunda Qumda təhsil alan azərbaycanlıların vəziyyəti və gələcək fəaliyyət istiqamətləri ilə bağlı sualların cavabsız qalması da diqqət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*