Ukrayna Ordusu rəhbərliyi hər öldürülən rus əsgərinə görə 300 dollar vəd edib.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan vətəndaşı Giorgi Qoqlidze bildirib. Qoqlidzenin videosunu Rusiya Müdafiə Nazirliyi yayıb.
“Muzdlu əsgər Giorgi Qoqlidze Ukrayna Ordusunun 2-ci Beynəlxalq Legionunda xidmət etmək üçün müqavilə imzalayıb. Ukrayna ordusu hər öldürülən rus əsgərinə görə ona 300 dollar ödəyəcəyini vəd edib. Əsirin dediyinə görə, o, Almaniyada olarkən xidmətə cəlb olunub. Təlimdə ABŞ, Fransa, Almaniya və Polşadan olan təlimçilər onlara dərs keçib”.
Qeyd edək ki, “Gürcüstan legionu” Mamuka Mamulaşvilinin komandanlığı altında 2014-cü ildən Ukraynada Rusiyaya qarşı döyüşür. “Gürcüstan legionu”nun təxminən 1300 muzdlusu var və bu qrup Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat departamentinə bağlıdır.
Natiq Səlim,
KONKRET.az
