Gürcüstan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır.
KONKRET.az xəbər veri ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
İpək Yolu Forumunu açan Qaribaşvili deyib: “Gürcüstanın Sülh Qonşuluq Təşəbbüsünün köməyi ilə biz Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq.
Qaribaşvili onu da bildirib ki, forumda iştirak etmək üçün gələn Ermənistan və Azərbaycanın baş nazirlərini salamlamaqdan şaddır.
