Gürcüstan Prezidenti öz tələblərini Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinə daxil etməyi təklif edib.
KONKRET.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili bu barədə Bloomberg-ə müsahibəsində danışıb.
O, Ukrayna ilə gələcək sülh sazişinə Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının daxil edilməsini təklif edib.
“Rusiya sərhədlərinin harda bitdiyini öyrənməlidir”, – Gürcüstan rəhbəri deyib.
Zurabişvilinin fikrincə, dünya ictimaiyyəti Rusiyadan qoşunlarını geri çəkməsini tələb etməsə, “Qərb daha bir böyük səhvə yol verəcək”.
Ukraynada “xüsusi hərbi əməliyyat” işə başlayandan sonra Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayıb.
Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, sanksiyalara qoşulmaq Gürcüstan xalqına ziyan vuracaq.
Zurabişvili təsdiq edib ki, gürcü tərəfi öz milli maraqlarını rəhbər tutaraq Moskvaya qarşı məhdudiyyətlər qoymayacaq.
Xuraman Etibarlı,
KONKRET.az
