Gürcüstanda qəzaya uğrayan helikopterdə 8 nəfər olub – VİDEO / YENİLƏNİBbackend

Gürcüstanda qəzaya uğrayan helikopterdə 8 nəfər olub - VİDEO / YENİLƏNİB

Gürcüstanın Qudauri bölgəsində xilasedici helikopter qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, helikopterdə 8 nəfər olub. Onlardan 4-ü ekipaj üzvü, 2-si xilasedici və 2 nəfəri həkim olub.

Qəza Qudauridə qəzaya uğramış paraplançıların xilasetmə əməliyyatı zamanı baş verib.

DİN-in sərhəd polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.

Hadisə ilə bağlı bütün təfərrüatlar DİN tərəfindən dəqiqləşdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

17:25

Gürcüstanda helikopter qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə Qurauri rayonunda baş verib.

Məlumata görə, qəzaya uğrayan helikopter Gürcüstanın Sərhəd Xidmətinə məxsusdur.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*