“Gürcüstana qarşı belə ədalətsiz Avropa görməmişəm” – GÜRCÜ DEPUTATbackend

“Gürcüstana qarşı belə ədalətsiz Avropa görməmişəm” – GÜRCÜ DEPUTAT

Gürcüstanın Aİ-yə namizəd statusu respublikaya ədalətsiz şərtlərlə verilərsə, ondan imtina ediləcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin rəhbəri Dmitri Xundadze bildirib.

“Əgər Gürcüstan cümə axşamı Avropa Parlamentinin qəbul etdiyi qətnamədə əksini tapan ədalətsiz şərtlər altında Aİ-yə namizəd statusunu alarsa, o zaman ölkə buna cavab olaraq imtina cavabı verəcək”, – Xundadze qeyd edib.

Deputat Avropa Parlamentinin Gürcüstanda medianın vəziyyəti ilə bağlı cümə axşamı qəbul etdiyi qətnaməni tənqid edib.

Sənəddə Gürcüstan demokratiyasına mənfi təsir göstərdiyinə görə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi, keçmiş baş nazir Bidzina İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi imkanlarına baxılması çağırışı yer alır.

Qətnamədə, həmçinin Gürcüstan hakimiyyəti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini və müxalifətdə olan “Mtavari Arxi” telekanalının keçmiş baş direktoru Nika Qvaramiyanı azad etməyə çağırır.

“Bu, gürcü xalqına qarşı açıq təhqir idi. Üstəlik, mən müstəqillik dövründə Gürcüstana qarşı belə ədalətsiz Avropa görməmişəm. Status əldə etmək naminə şərəfdən imtina etməyəcəyik”, – deyə o yekunlaşdırıb.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*