Gürcüstandan Rusiyaya gedən yol bağlandıbackend

Gürcüstandan Rusiyaya gedən yol bağlandı

Qudauridə xilasedici helikopterin qəzaya uğraması ilə əlaqədar Gürcüstandan Rusiyaya və geriyə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb:

“Daxili İşlər Nazirliyinin helikopterinin beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunda qəzaya uğraması ilə əlaqədar xilasetmə işləri başa çatana qədər yolun bu hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”.

Qeyd edək ki, Gürcüstanın Qudauri bölgəsində dərəyə düşən paraplançıların axtarışı üçün uçan Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri qayaya çırpılaraq partlayıb. Helikopterin göyərtəsində ekipaj üzvlərindən başqa xilasedicilər və həkimlər də olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*