Rusiyada gənc ananın etdikləri böyük səs-küyə səbəb olub. Hadisə Çita vilayətinin Krasnokamensk rayonunda baş verib.
KONKRET.az xəbər verir ki, naməlum şantajçının təhriki ilə o, əvvəlcə öz çılpaq şəkli və videolarını tanış olduğu şəxsə göndərib.
Qadın Krasnokamensk rayon məhkəməsində bildirib ki, bu video və fotoların müqabilində şantajçı ona bahalı mobil telefon söz veribmiş. Sonradan sosial şəbəkədə tanış olduğu naməlum kişinin iştahı artır.
Belə ki, gənc ana tanış olduğu şəxsin təkidli xahişi ilə hamamda çimən azyaşlı qızının videosunu çəkir. Az müddət keçəndən sonra qızının videosu internetdə yayılır.
Cəzanı yüngülləşdirən hallar – daha iki uşağın olması, etirafı və istintaqa fəal iştirakını nəzərə alaraq – Krasnokamensk sakini 3 il 2 ay müddətinə ümumi rejimli koloniyaya salınıb. Məhkəmə cəzanı uşaq on dörd yaşına çatana qədər təxirə salıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
