Alman polisi Hamburq hava limanına avtomobillə girən silahlı şəxslə danışıqların davam etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, fövqəladə vəziyyət olduğu kimi qalır. Həmçinin, polis hava limanının bağlı olduğunu təsdiqləyib.
10:15
Hamburq hava limanında uçuş-enmə zolağına girərək dörd yaşlı uşağı girov saxlayan şəxs Türkiyəyə uçuş tələb edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Sonntag” qəzeti yazır:
Bildirilir ki, o, uşaqla Türkiyəyə uçmaq istəyir.
Daha əvvəl həmin şəxsin ən azı iki molotov kokteyli atdığı haqda məlumat yayılmışdı.
Hamburq polisi hava limanında uşağın girov götürülməsinə səbəb kimi qəyyumluq mübahisəsini göstərib.
09:00
Almaniyada aerodroma girən silahlı şəxsə görə Hamburq hava limanı uçuşları tamamilə dayandırıb.
KONKRET.az xəbər verir ki, hava limanının birinci terminalının ərazisində silahlı şəxs aşkar edilib. Onu avtomobildə görüblər. Bundan sonra şübhəli şəxs avtomobilin köməyi ilə təhlükəsizlik səddini aşaraq təyyarənin texniki xidmət sahəsinə daxil olub.
Rəhbərlik hava limanının fəaliyyətini dərhal dayandırmaq qərarına gəlib. Gələn bütün reyslər alternativ yerlərə yönləndirilib.
Burhan,
KONKRET.az
