Xəbər verdiyimiz kimi, ötən gecə ABŞ prezidentliyinə namizədlər – Donald Tramp və Kamala Harris arasında teledebat baş tutub.
KONKRET.az xəbər verir ki, iddiaçılar bir-birinin ünvanına həqiqətə uyğun gəlməyən sərt ittihamlar səsləndiriblər.
BBC qarşılıqlı ittihamların nə qədər doğru olub-olmadığını araşdırıb. Həmin yazını təqdim edirik:
Donald Trampın iddiası: “Ohayoda miqrantlar ev heyvanlarını yeyirlər”.
Fakt: Bunun baş verdiyinə dair heç bir sübut yoxdur.
Harrisin iddiası: “Donald Trump bizə Böyük böhrandan (Great Depression) bəri ən pis işsizliyi miras buraxdı”.
Fakt: Trampın səlahiyyət müddətinin sonunda işsizlik səviyyəsi 6,4% təşkil edib. 2009-cu ilin oktyabrında dərin iqtisadi tənəzzül dövründə işsizlik 10%-ə çatmışdı.
Trampın iddiası: “ABŞ-yə başqa ölkələrin həbsxanalarından və ruhi dispanserlərindən qaçıb gələn milyonlarla miqrant var”.
Fakt: 2021-ci ilin yanvarından bəri ABŞ sərhədini keçən 10 milyon miqrant olub. Onlardan neçəsinin həbsxanada olduğu barədə məlumat yoxdur.
Harrisin iddiası: “Tramp prezident seçilsə, aborta qadağa qoyacaq”.
Fakt: Sabiq prezidentin belə bir fikri olmayıb. Bildirilib ki, bu addım müəyyən ştatlarda atılacaq.
Trampın iddiası: “Bayden dövründə inflyasiya ABŞ tarixində qeydə alınan ən pis nəticə idi”.
Fakt: “Düzdür, Bayden dövründə inflyasiya 9.1 % olsa da, ABŞ tarixində bundan da yüksək faiz dərəcəsinin qeydə alındığı zamanlar olub”.
Göründüyü kimi, tərəflər seçicilərin səsini qazanmaq üçün bir-birilərinin ünvanına dəqiqləşdirilməmiş ittihamlar səsləndiriblər.
Məlik,
KONKRET.az