Hava limanında atəş açan Rüstəm Aşurov xəstəxanada ÖLDÜbackend

Hava limanında atəş açan Rüstəm Aşurov xəstəxanada ÖLDÜ

Kişinyov hava limanında atəş açan Tacikistan vətəndaşı Rüstəm Aşurov xəstəxanada ölüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb.

“Kişinyov hava limanında iki nəfəri öldürməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Rüstəm Aşurov 15 dəqiqə əvvəl xəstəxanada dünyasını dəyişib”, – məlumatda deyilir.

Xatırladaq ki, R. Aşurov iyunun 30-da Kişinyov beynəlxalq hava limanında atəş açaraq iki nəfəri, sərhədçi və təhlükəsizlik əməkdaşını öldürüb. O, həbs zamanı ağır yaralanıb.

Moldova Prezidenti Maya Sandu həlak olanların xatirəsinə milli matəm günü elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*