Hava yağıntılı olacaqbackend

Hava yağıntılı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən KONKRET.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağıtnın intensiv olacağı ehtimalı var.  

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.  Havanın temperaturu  gecə 4-6° isti, gündüz  6-9° isti, Bakıda  gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

Martın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 1-6° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5°  isti  olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*