“Heç bir şərh verməyəcəm” – Peskov bu sualdan yayındıbackend

"Heç bir şərh verməyəcəm" - Peskov bu sualdan yayındı

Kremlin sözçüsü Dmitri Peskov rus alimlərinə qarşı vətənə xəyanət ittihamlarını şərh etməkdən çəkinib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Peskov cinayət işlərinin təfərrüatlarını bilmədiyini söyləyib.

“Mən heç bir şərh verə bilmərəm, çünki bu, xüsusi xidmət orqanlarının işi, çox ağır cinayətdə ittihamlarla bağlıdır”, – deyə ölkə prezidentinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, bu günlərdə 77 yaşlı Novosibirsk fiziki Anatoli Maslov dövlətə xəyanətdə təqsirli bilinib. Sankt-Peterburq şəhər məhkəməsi onu ciddi rejimli koloniyada 14 il müddətinə azadlıqdan məhrum edib. Alimə həmçinin iki il müddətində dövlət sirri təşkil edən məlumatların əldə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan ediləcək.

Bundan öncə məhkəmə Sankt-Peterburq Dövlət Politexnik Universitetinin keçmiş professoru Aleksandr Kuranovu dövlətə xəyanətlə bağlı cinayət işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edib. Ciddi rejimli koloniyada cəzasını çəkəcək alim həm də 100 min rubl məbləğində cərimələnib .

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*