Həkimlər bu səbəbdən ağ xalat geyinirlər – ARAŞDIRMAbackend

Həkimlər bu səbəbdən ağ xalat geyinirlər - ARAŞDIRMA

Dünya həkimlərinin səksən faizi ağ xalat geyinir. Günümüzdə tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar istifadə olunmağa başlasa da ağ xalat həkimlər üçün əvəzedilməzdir.

KONKRET.az xəbər verir ki, on doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb.

Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə də geyimin onlar üçün heç bir əhəmiyyəti olmurdu.

Tibb işçilərinin ağ xalat geyinməsi ilk dəfə ingilis həkimi Cozef Lister tərəfindən düşünülüb. O, ağ rəngin antiseptik xüsusiyyətlərə malik olduğunu düşünürdü.

Sonralar ağ xalatla cərrahın peşəkarlığını xarakterizə etməyə başladılar. Belə ki, onun xalatı qanla nə qədər az ləkələnirdisə, bacarığı da o qədər yüksək qiymətləndirilirdi. Getdikcə, ağ xalatlar tibbdə daha çox yayılmağa başladı.

Bir müddətdən sonra İngiltərədə ağ xalatın tibbdə lazım olub – olmaması barədə müzakirələr başladı. Lakin, kolorimetriya elminin göstərdiyi kimi, ağ rəng insanın düşüncəsinin saflığını və dürüstlüyünü ifadə edir, xəstələr tərəfindən daha yaxşı qəbul edilirdi. (Bizim.Media)

  • Mais
    Aprel 1, 2025 - 09:21

    Salam, rənglərin insan əhval-ruhiyyəsinə çox təsiri vardır… həmçinin səs tonu və söz, göz baxışı da mühüm məna kəsb edir. Bu barədə hətta çoxlu atalar sözləri vardır.

Mais üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*