“Bizə əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmuram. Həkimlər qolumu yandırdılar, işgəncə verirdilər”
KONKRET.az xəbər verir ki, bunu isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əliyev Anar Hidayət oğlu deyib.
“12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim. Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm”, – deyə o qeyd edib.
