HƏMAS-ın yeni lideri öldürüldübackend

HƏMAS-ın yeni lideri öldürüldü

HƏMAS-ın yeni hərbi rəisi Məhəmməd Odeh İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.

Məlumata görə, Qəzza şəhərində Odehin istifadə etdiyi bir neçə bina onun və köməkçilərinin hərəkətlərinin aylarla izlənilməsindən sonra hədəfə alınıb.

7 oktyabr hücumunda iştirak edən başqa bir HƏMAS döyüşçüsünə məxsus mənzil də vurulub.

Odeh ötən həftə İzzəddin Həddadın öldürülməsindən sonra HƏMAS-ın hərbi qanadının rəhbəri olmuş və əvvəllər kəşfiyyat rəhbəri vəzifəsində çalışmışdı.

ÇAXAL bildirir ki, Odeh HƏMAS-ın 7 oktyabr hücumunun planlaşdırılmasında və əlaqələndirilməsində mərkəzi rol oynayıb və daha sonra müharibə boyunca qoşunlara qarşı hücumlara rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*