Hərbçilərlə bağlı YENİ QAYDA: Bu şəxslərə nə qədər güzəşt edilir?backend

Hərbçilərlə bağlı YENİ QAYDA: Bu şəxslərə nə qədər güzəşt edilir?

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Qurumun əməkdaşı kapitan Əsgərli Zəfər bildirib ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər.

Qeyd olunub ki, həmin şəxslərin əmək müqaviləsinə çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər, təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz.

Beləliklə, təlim və hərbi toplanışlara cəlb olunmaq işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayılmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*