“Sankt-Peterburqdakı hərbi akademiyada baş verən partlayış terror xarakteri daşımır”.
KONKRET.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Beqlov açıqlama verib.
O bildirib ki, hadisənin sovet sursatının partlaması nəticəsində baş verdiyi ehtimal olunur.
“Səbəbləri mütəxəssislər müəyyənləşdirir. Zərərçəkənlərə yardım göstərilir”, – deyə Beqlov bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Sankt-Peterburq hərbi akademiyasında baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.
Burhan,
KONKRET.az