Hindistan Ukrayna ilə bağlı konfransda iştirak edəcəkbackend

Hindistan Ukrayna ilə bağlı konfransda iştirak edəcək

“Hindistan İsveçrədə Ukrayna üzrə konfransda iştirak etmək niyyətindədir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi “Press Trust of India”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, iştirak səviyyəsi vaxtdan və logistikadan asılı olacaq.

“Hindistan qlobal sülh, təhlükəsizlik və inkişafın gündəmini irəli sürən bütün mühüm sammitlərdə iştirak edəcək”, – deyə Narendra Modi gələn ay keçiriləcək G7 toplantısını və Ukrayna sülh sammitini bu istiqamətdə əhəmiyyətli hadisə kimi səciyyələndirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*