Hindistan vətəndaşlarını Qara dənizdə işləməklə bağlı xəbərdar etdi – “Getməyin”backend

Hindistan vətəndaşlarını Qara dənizdə işləməklə bağlı xəbərdar etdi - "Getməyin"

Hindistan Xarici İşlər Nazirliyi Qara dənizdə fəaliyyət göstərən kommersiya gəmilərində işləməyi planlaşdıran ölkə vətəndaşlarına təhlükəsizlik risklərini diqqətlə qiymətləndirməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilib ki, Qara dəniz və ona bitişik dəniz ərazilərində davam edən münaqişə səbəbindən təhlükəsizlik vəziyyəti hələ də son dərəcə qeyri-sabit olaraq qalır.

Qeyd olunub ki, regionda fəaliyyət göstərən gəmilərdə işləməyə qərar verən şəxslər maksimum ehtiyatlı davranmalıdır.

Bununla yanaşı, Hindistan XİN vətəndaşlara işə qəbuldan əvvəl işəgötürəndən gəminin marşrutu, dayanacağı limanlar, tətbiq olunan təhlükəsizlik tədbirləri, sığorta təminatı və fövqəladə hallar zamanı görüləcək tədbirlər barədə ətraflı məlumat almağı tövsiyə edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*