Oktyabrın 30-u Hindistanın Qucarat ştatında asma körpünün uçması zamanı 141 nəfərin ölümü ilə nəticələnən hadisədə 9 nəfər təqsirləndirilərək saxlanılıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, saxlanılanlar körpünün iki meneceri, iki podratçı, üç mühafizəçi və iki kassirdir.
Qeyd edək ki, 140 il əvvəl inşa edilmiş Morbi şəhəri yaxınlığındakı körpü son iki ildə bağlı olub, bu il oktyabrın 26-da yenidənqurmadan sonra istifadəyə verilib.
