Hindistan-Banqladeş sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanların Hindistanın Karimqanc şəhərindən 14 kilometr qərbdə, Banqladeş sərhədində təxminən 35 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Digər tərəfdən Hindistan Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 5,4 bal olduğunu açıqlayıb.
