Hindistanda qarşıdurma: Azı 133 nəfər ÖLDÜbackend

Hindistanda qarşıdurma: Azı 133 nəfər ÖLDÜ

Hindistanın şimal-şərqindəki Manipur əyalətində mayın əvvəlindən bəri davam edən qarşıdurmalarda ölənlərin sayı 133-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Kanqpoktidə polislə etirazçılar arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Belə ki, ölənlər arasında Manipurdan olan bir hüquq-mühafizə orqanı əməkdaşı və iki mülki şəxs də var.

Hindistan hökuməti iğtişaşların əhatə etdiyi bölgələrə qoşun yeridib. Lakin təhlükəsizlik qüvvələri silahlı ekstremistlərin fəaliyyətini tam dayandıra bilməyib.

Toqquşmalara səbəb Meytey tayfasından olan miqrantların ştatda qeydiyyata alınmış kasta statusu tələb etməsi olub.

Belə ki, bu status kasta üzvlərinə işə qəbul olunarkən, universitetlərə daxil olarkən, bir sıra imtiyazlar verir. Bu, ştat əhalisinin 56%-ni təşkil edən Kuki qəbiləsinin etirazına səbəb olub və belə bir tələbi öz hüquqlarına qəsd hesab ediblər.

Mayın əvvəlində Kuki təşkilatları yürüş keçirib. Yürüşdən sonra ştatda iki qəbilə nümayəndələri arasında kütləvi toqquşmalar baş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*